Prezident hərbi formalara dəyişiklik etdi

Prezident hərbi formalara dəyişiklik etdi
  25 Sentyabr 2013    Oxunub:9510
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnaməyə və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 iyul tarixli 268 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərmana dəyişiklik edilməsi barədə fərman verib.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 iyul tarixli 268 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, №7, maddə 604) aşağıdakı dəyişikliklər edilsin:
1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında “Əsasnamə” üzrə:
1.1. 25-ci hissənin beşinci və on səkkizinci abzaslarında və 27-ci hissənin beşinci və on yeddinci abzaslarında “tuman” sözü “yubka” sözü ilə əvəz edilsin;
1.2. 26-cı hissənin qırx beşinci abzasında “tumanı” sözü “yubkası” sözü ilə əvəz edilsin;
1.3. 28-ci hissənin on ikinci abzasında “qara” sözü “zeytun” sözü ilə, əlli yeddinci abzasında “tumanı” sözü “yubkası” sözü ilə, əlli səkkizinci abzasında isə “tumanın” sözü “yubkanın” sözü ilə əvəz edilsin;
1.4. aşağıdakı məzmunda 2-1-ci fəsil əlavə edilsin:
“2-1-ci fəsil
DQ-nin Ali Hərbi Məktəbi kursantlarının geyim
forması (xüsusi geyimdən başqa)
30-1. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının mərasim geyim forması aşağıdakı hərbi geyim əşyalarından ibarətdir:
30-1.1. yay paltarı (şəkil 6-1, 6-2):
30-1.1.1. furajka (qadınlarda şlyapa) – zeytun rəngli;
30-1.1.2. kitel – zeytun rəngli;
30-1.1.3. şalvar (qadınlarda yubka) – zeytun rəngli;
30-1.1.4. şalvar qayışı – zeytun rəngli;
30-1.1.5. köynək – ağ rəngli;
30-1.1.6. qalstuk – qara rəngli, qızılı rəngli sıxacla;
30-1.1.7. əlcək – ağ rəngli;
30-1.1.8. akselbant – sarı rəngli;
30-1.1.9. corab – qara rəngli (qadınlarda ətrəngi neylon);
30-1.1.10. yay tuflisi – qara rəngli;
30-1.2. qış paltarı (şəkil 6-3, 6-4):
30-1.2.1. qulaqlı papaq – zeytun rəngli xəzdən, yaxud furajka (qadınlarda şlyapa) – zeytun rəngli;
30-1.2.2. qış paltosu – zeytun rəngli;
30-1.2.3. kitel – zeytun rəngli;
30-1.2.4. şalvar (qadınlarda yubka) – zeytun rəngli;
30-1.2.5. şalvar qayışı – zeytun rəngli;
30-1.2.6. köynək – ağ rəngli;
30-1.2.7. qalstuk – qara rəngli, qızılı rəngli sıxacla;
30-1.2.8. əlcək – ağ rəngli;
30-1.2.9. akselbant – sarı rəngli;
30-1.2.10. şərf – ağ rəngli;
30-1.2.11. corab – qara rəngli (qadınlarda ətrəngi neylon, yaxud yarımyun);
30-1.2.12. qış, yaxud yay tuflisi – qara rəngli (qadınlarda uzunboğaz çəkmə).
30-2. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının mərasim geyim forması əşyalarının təsviri
30-2.1. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının mərasim geyim forması əşyalarının təsviri DQ-nin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasına daxil olan müvafiq əşyaların təsviri ilə eynidir (bu Əsasnamənin 26-cı hissəsi).
30-2.2. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının furajkalarında (şlyapalarında), qulaqlı papaqlarında DQ-nin əsgər və çavuşları üçün müəyyən edilmiş kokardalarla (bu Əsasnamənin 41-ci hissəsi) eyni olan kokardalar vardır və furajkaların (şlyapaların) çənəaltı qayışcığı qara rəngdədir.
30-2.3. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının tikilmə və taxılıb-çıxarılan poqonlarına oxuduqları kursu göstərən Roma rəqəmlərinin və şəxsi nömrələrini göstərən ərəb rəqəmlərinin qızılı rəngli təsvirləri yerləşdirilir (bu Əsasnamənin 37-1-ci hissəsi).
30-2.4. DQ-nin Ali Hərbi Məktəbinin kursantları kiteli sarı rəngli akselbantla geyinirlər. Kitelin sol döş cibinin düyməsindən DQ-nin Ali Hərbi Məktəbinə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 39-cu hissəsi). DQ-nin Ali Hərbi Məktəbi kursantlarının şalvarı kantsızdır.
30-3. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının gündəlik geyim forması aşağıdakı hərbi geyim əşyalarından ibarətdir:
30-3.1. yay paltarı (şəkil 16-1, 16-2):
30-3.1.1. furajka (pilotka) və qadınlarda şlyapa (beret) – zeytun rəngli;
30-3.1.2. kitel (yun köynək) – zeytun rəngli;
30-3.1.3. şalvar (qadınlarda yubka və ya şalvar) – zeytun rəngli;
30-3.1.4. şalvar qayışı – zeytun rəngli;
30-3.1.5. köynək – bej rəngli;
30-3.1.6. qalstuk – qara rəngli, qızılı rəngli sıxacla;
30-3.1.7. corab – qara rəngli (qadınlarda ətrəngi neylon);
30-3.1.8. yay tuflisi – qara rəngli;
30-3.1.9. DQ-nin Ali Hərbi Məktəbinin kursantlarına gündəlik yay geyim formasını kitelsiz, demisezon gödəkcə, yun köynək, uzunqol və qısaqol köynəklərdə pilotka ilə (qadınlara beretlə), yaxud furajka ilə (qadınlara şlyapa ilə) geyinməyə icazə verilir (şəkil 16-3 – 16-10).
30-3.2. qış paltarı (şəkil 20-1, 20-4):
30-3.2.1. qulaqlı papaq – zeytun rəngli xəzdən, yaxud furajka (qadınlarda şlyapa) – zeytun rəngli;
30-3.2.2. qış paltosu (demisezon palto) – zeytun rəngli;
30-3.2.3. kitel (yun köynək) – zeytun rəngli;
30-3.2.4. şalvar (qadınlarda yubka və ya şalvar) – zeytun rəngli;
30-3.2.5. şalvar qayışı – zeytun rəngli;
30-3.2.6. köynək – bej rəngli;
30-3.2.7. qalstuk – qara rəngli, qızılı rəngli sıxacla;
30-3.2.8. əlcək – qara rəngli;
30-3.2.9. şərf – zeytun rəngli;
30-3.2.10. corab – qara rəngli (qadınlarda ətrəngi neylon, yaxud yarımyun);
30-3.2.11. qış, yaxud yay tuflisi (qadınlarda uzunboğaz çəkmə) – qara rəngli;
30-4. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının gündəlik geyim forması əşyalarının təsviri
30-4.1. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının gündəlik geyim forması əşyalarının təsviri DQ-nin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasına daxil olan müvafiq əşyaların təsvirləri ilə eynidir (bu Əsasnamənin 28-ci hissəsi).
30-4.2. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının furajkalarında (şlyapalarında), qulaqlı papaqlarında DQ-nin əsgər və çavuşları üçün müəyyən edilmiş kokardalarla (bu Əsasnamənin 41-ci hissəsi) eyni olan kokardalar, pilotkalarında isə Daxili Qoşunların növlərinin emblemləri vardır. Furajkaların (şlyapaların) çənəaltı qayışcığı qara rəngdədir.
30-4.3. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının tikilmə və taxılıb-çıxarılan poqonlarına oxuduqları kursu göstərən Roma rəqəmlərinin və şəxsi nömrələrini göstərən ərəb rəqəmlərinin qızılı rəngli təsvirləri yerləşdirilir (bu Əsasnamənin 37-1-ci hissəsi).
30-4.4. Kitelin, uzunqol və qısaqol köynəklərin sol döş cibinin düyməsindən DQ-nin Ali Hərbi Məktəbinə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 39-cu hissəsi). Köynəklərin sağ döş cibinin üst kəsiyinə (sağ tərəfinə) kursantın soyadı göstərilən ağ rəngli döş nişanı tikilir (taxılır). DQ-nin Ali Hərbi Məktəbi kursantlarının şalvarı kantsızdır.
30-5. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının səhra geyim forması əşyalarının tərkibi və təsviri
30-5.1. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının səhra geyim forması əşyalarının tərkibi və təsviri DQ-nin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibi və müvafiq əşyalarının təsviri ilə eynidir (bu Əsasnamənin 29 və 30-cu hissələri).
30-5.2. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının səhra geyim formasında DQ-nin əsgər və çavuşları üçün müəyyən edilmiş kokardalarla (bu Əsasnamənin 41-ci hissəsi) eyni olan qara rəngli kokardalar vardır.
30-5.3. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının poqonlarına oxuduqları kursu göstərən Roma rəqəmlərinin və şəxsi nömrələrini göstərən ərəb rəqəmlərinin qara rəngli təsvirləri yerləşdirilir.”;
1.5. 36-cı hissənin üçüncü abzasında “daşıyırlar” sözü “və DQ-nin Ali Hərbi Məktəbinin kursantları daşıyırlar. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının poqonları onların kursant olduqlarını və neçənci kursda oxuduqlarını göstərən nişandır (şəkil 26-1)” sözləri ilə əvəz edilsin;
1.6. aşağıdakı məzmunda 37-1-ci hissə əlavə edilsin:
“37-1. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının poqonlarının təsviri
37-1.1. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının tikilmə poqonlarına onların neçənci kursda oxuduqlarını göstərən qızılı rəngli metaldan Roma rəqəmləri və şəxsi nömrələrini göstərən ərəb rəqəmləri tikilir (preslənir).
37-1.2. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının taxılıb-çıxarılan poqonlarında onların neçənci kursda oxuduqlarını göstərən sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli Roma rəqəmləri və şəxsi nömrələrini göstərən ərəb rəqəmləri yerləşdirilir.
37-1.3. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının poqonlarında şəxsi nömrələri onların neçənci kursda oxuduqlarını göstərən rəqəmdən aşağıda poqonun eninə yerləşdirilir.”;
1.7. 39-cu hissənin ikinci abzasında “gizirləri,” sözündən sonra “DQ-nin Ali Hərbi Məktəbinin kursantları,” sözləri, üçüncü abzasında isə “kitelin” sözündən sonra “, kitelsiz gündəlik yay geyim formasında isə uzunqol” sözləri əlavə edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi kursantlarının geyim formalarına dair 6-1, 6-2, 6-3, 6-4, 16-1, 16-2, 16-3, 16-4, 16-5, 16-6, 16-7, 16-8, 16-9, 16-10, 20-1, 20-2, 20-3, 20-4, 26-1 nömrəli şəkillər əlavə edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti