XİN-dən Sarkisyana cavab

XİN-dən Sarkisyana cavab
  25 Sentyabr 2013    Oxunub:1008
Elman Abdullayev: “Serj Sarkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Soçidə keçirilən iclasında çıxışı beynəlxalq prinsiplərə ziddir”
“Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı tam şəkildə ziddiyyətli məqamlardan ibarətdir, ümumiyyətlə, Sarkisyan beynəlxalq prinsiplərə zidd ifadələrlə çıxıb edib. Serj Sarkisyan öz ölkəsinə baxsaydı, daha yaxşı olardı. Etnik təmizlənmə və qeyri-tolerantlıq siyasəti sayəsində Ermənistan bu gün monoetnik ölkəyə çevrilib”.

Azvision.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Soçidə keçirilən iclasında Ermənistan prezidenti Serj Sarkisyanın təşkilatın bəzi üzvlərini Ermənistanla bağlı mövqeyinə, xüsusilə Dağlıq Qarabağ məsələsində uyğun olmayan qərarların qəbuluna görə pisləməsi və Azərbaycanda ermənilərə nifrət olması ilə bağlı çıxışını şərh edərkən deyib.

E. Abdullayev əlavə edib ki, bu gün Dağlıq Qarabağ nəzərə alınmasa, Azərbaycanda 30 000 erməni və bir çox digər xalqların nümayəndələri yaşayır: “Azərbaycan Cənubi Qafqazda tolerantlığın beşiyi, mərkəzi olub. Təsadüfi deyil ki, tolerantlıqla bağlı bütün beynəlxalq tədbirlər, humanitar forumlar, sivilizasiya və mədəniyyətlərarası dialoqlar məhz Azərbaycanda keçirilir. Ermənistanda isə digər xalqların mədəni irsi qalmayıb, hamısı dağıdılıb”.

Ermənistan prezidentinin çıxışında ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşması ilə bağlı dediklərini şərh edən E. Abdullayev qeyd edib, Azərbaycan öz müqəddəratını təyin etməsi prinsipinin ərazi bütövlüyü çərçivəsində həyata keçirilməsinə daim normal münasibət bəsləyib: “Niyə o zaman erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərdədir? Ümumiyyətlə, Serj Sarkisyan digər ölkələri ittiham etməklə, öz ölkəsinin nə qədər aciz durumda olduğunu bir daha nümayiş etdirir. Onun digər ölkələrin ərazi bütövlüyü prinsipinə müsbət yanaşması təbii, normal haldır, çünki bu gün beynəlxalq münasibətlər sisteminin əsasında ən müqəddəs prinsipi ərazi bütövlüyü prinsipidir. Ancaq dedikləri ilə əməlləri düz gəlmir”.


Teqlər:





Xəbər lenti