İŞİD lideri ilə bağlı müəmma - Kreml təsdiqləmədi

İŞİD lideri ilə bağlı müəmma - Kreml təsdiqləmədi
  19 Dekabr 2017    Oxunub:1843
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Amerikalı hərbçilər tərəfindən saxlanılması haqda xəbərlərə münasibət bildirib.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında məlumatı təsdiqləməyib. Bildirib ki, onlarda İŞİD liderinin ələ keçirilməsi haqda məlumat yoxdur.
Qeyd edək ki, Türkiy KİV-lərinin məlumatına görə, Əl-Bağdadi İraqda ABŞ hərbçiləri tərəfindən ələ keçirilib və Ras əl-Ain-dəki ABŞ bazasına aparılıb. Əl-Bağdadi ilə yanaşı İŞİD-in 7 komandirinin də tutulduğu iddia edilib.

AzVision.az


Teqlər: Rusiya   Peskov   İŞİD  





Xəbər lenti