Azexport-a 444 milyonluq sifariş daxil olub

Azexport-a 444 milyonluq sifariş daxil olub
  18 Dekabr 2017    Oxunub:1774
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2017-ci ilin dekabr ayı üçün sayı təqdim olunub.
AzVision.az xəbər verir ki, icmalın bu sayında göstərilir ki, 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1824 subyekt iştirak edib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixracın 22 faizdən çox artıb. 2017-ci ilin 11 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, cari ilin 11 ayı ərzində Rusiyaya 498 milyon, Türkiyəyə 264 milyon, İsveçrəyə 133 milyon, Gürcüstana 120 milyon və İtaliyaya 52 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2017-ci ilin 11 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub (140.2 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (116.4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (105 milyon ABŞ dolları) tutub.

Ümumiyyətlə isə 11 ay ərzində meyvə-tərəvəz ixracı 453 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 109 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 88 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 74 milyon, kimya sənayesi məhsullarının ixracı 72 milyon, pambıq ixracı 45 milyon, elektrik enerjisi ixracı 41 milyon, şəkər ixracı 39 milyon, çay ixracı 9 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 2 dəfə, pambığın ixracı 2.3 dəfə, çayın ixracı 65 faiz, meyvə-tərəvəzin ixracı artıb.

AzVision.az


Teqlər: Azexport  





Xəbər lenti