Dördüncü debatdan maraqlı məqamlar

Dördüncü debatdan maraqlı məqamlar
  25 Sentyabr 2013    Oxunub:858
İctimai Televiziyada prezidentliyə namizədlərin dördüncü debatı başlayıb.
AzVision.az xəbər verir ki, budəfəki debatda İlham Əliyevi Əli Əhmədov yox, Mübariz Qurbanlı təmsil edir.

M.Qurbanlı çıxışında Azərbaycanın bugünkü inkişafından söz açaraq, Azərbaycanda 27 min məktəbin, 500 səhiyyə müəssisəsinin tikildiyini, həmçinin məcburi köçkünlər üçün 82 müasir tipli qəsəbə salındığını xatırladıb.

O, qeyd edib ki, Azərbaycanın müstəqil şəraitdə inkişaf etməsini istəməyən qüvvələr var.

O, Milli şuradakıları şəristəsizlikdə ittiham edib.

***
Hafiz Hacıyev çıxışında Milli Şuranın namizədi Cəmil Həsənlinin onun meymun adlandırmasından danışıb. O, vurğulayıb ki, məni təhqir edənləri tənqid etməyə davam edəcəm.

***
Araz Əlizadə Milli Şuranı çıxışında tənqid edib.

***
Qüdrət Həsənquliyev, Cəmil Həsənliyə üzünü tutaraq bildirib ki, iqtidarı necə dəyişəcəyiniz haqında bu günə kimi konkret fikirlər səsləndirməmisiniz.

***
Zahid Oruc vurğulayıb ki, Qarabağın itirilməsində bilavasitə olanlar indi Qarabağın geri qaytarılmasından danışıb.

Z.Oruc qeyd edib ki, Cəmil Həsənlinin çıxışından şəhidlər xiyabanının qoxusu gəlir.

Bu olmayacaq. Dəyişib millət. O, meydandan sizin tribunanı izləyən bir nəfər də sizə dəstək çıxmayıb.

Əziz insanlar, zaman məni sıxır. `Əgər kiməsə sarsıntılar lazımdırsa, mənə sabitlik lazımdır`, deyə o vurğulayıb.

***
Hafiz Hacıyev Cəmil Həsənli haqqında ittiham səsləndirib. O, qeyd edib ki, `Cəmil həsənli, Qarabağda ölən əsgərlərin meyidlərini siz satırdınız..`

***
Fərəc Quliyev Milli Şuranın kino çevirməsindən danışıb. O, vurğulayıb ki, biz pozitiv bir dəyişiklik istəyirik.

***
Araz Əlizadə çıxış edib. O, qeyd edib ki, Rüstəm İbrahimbəyov namizəd olan kimi, qaçdı ölkədən. Haynan gələn, vaynan gedər. İndi də qaçacaqlar. İndidən deyirlər ki, iki ildən sonra əgər prezident seçsəniz Cəmil Həsənlini, bu da qaçacaq. Kişi kimi deyin ki, xaricin pulu hesabına dövlət çevrilişi etmək istəyirik dəə. Azərbaycan xalqından kömək istəyin.

***

Hafiz Hacıyev çıxışında bildirib ki, Cəmil Həsənli erməninin qaynatasıdır. Bunu mənim xalqım bilməlidir. Mən bunların cibini doldura bilmədim.












Teqlər:  





Xəbər lenti