Tovuzda 4 mərmi, Tərtərdə əl qumbarası tapılıb

Tovuzda 4 mərmi, Tərtərdə əl qumbarası tapılıb
  17 Dekabr 2017    Oxunub:1905
Dekabrın 16-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində bir ədəd mərminin tapılması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən məlumat daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə bir həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 100 mm-lik 4 top mərmisi (O-415) aşkarlanıb.

Tərtər rayonunun Qapanlı kəndi ərazisində mərminin tapılması barədə daxil olan məlumat əsasında aparılan əməliyyat zamanı bir həyətyanı sahəyə baxış keçirilib. Nəticədə bir ədəd F-1 əl qumbarası aşkar edilib.

Top mərmilərinin və qumbaranın aşkarlandığı yerin ətrafında əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Mərmilər və əl qumbarası zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ümumilikdə ANAMA tərəfindən yanvarın 1-dən dekabrın 16-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 7539 partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 35 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 5 milyon 679 min 138 kvadratmetr ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Tovuz   Tərtər  





Xəbər lenti