DİN vakansiya elan etdi

  09 Dekabr 2017    Oxunub : 2305
DİN vakansiya elan etdi
Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasında vakant olan orta və böyük rəis heyəti vəzifələrinə müsabiqə elan edir.
Bu barədə AzVision.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

- Mülki hüquq kafedrasının müəllimi və baş müəllimi (bu vəzifələrə namizəd dövlət ali təhsil müəssisələrinin hüquq təhsili üzrə magistr pilləsini bitirmiş olmalıdır);

- Dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi (bu vəzifələrə namizəd dövlət ali təhsil müəssisələrinin magistr pilləsini ingilis dili ixtisası üzrə bitirmiş olmalıdır);

Müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqənin şərtlərinə cavab verən namizədlərin sənədləri, bilik və bacarıqları Müsabiqə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra toplanılacaq. Müsabiqə zamanı elmi dərəcəyə malik olan şəxslərə üstünlük veriləcək. Müsabiqədən uğurla keçmiş namizədlərın sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin dekabr ayının 4-dən 30-dək hər gün (qeyri-iş günləri istisna olmaqla) saat 10:00-dan 18:00-dək Daxili İşlər Nazirliyinin Polis Akademiyasına (Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 3) müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

şəxsiyyət vəsiqəsi;
ali təhsil haqqında sənədin əsli;

Hərbi bilet;
əmək kitabçası (olanlar üçün).

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.

Daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində pul müavinəti, kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə üçün əməkdaşa və onun hər bir ailə üzvünə kompensasiya, DİN-in Tibb İdarəsinin Respublika Hospitalında, poliklinikalarında əməkdaşa və onun ailə üzvlərinə pulsuz tibbi xidmət, DİN-in «Xəzri» İstirahət və Sağlamlıq Mərkəzinə yollayışın qiymətinin əməkdaşa 75 faizi, ailə üzvlərinə 50 faizi miqdarında imtiyaz, eləcə də xidmət zamanı şəhərdaxili ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə kimi əlavə güzəştlər verilir.

Müsabiqə əsasında vəzifəyə təyin olunmuş şəxslərin xidmət yerləri gələcəkdə polisin digər xidmət sahələrinə dəyişdirilməyəcək.

Əlavə məlumatı www.mia.gov.az və www.pa.edu.az saytlarından, eləcə də (012) 454-12-78 nömrəli əlaqə telefonu vasitəsi ilə ala bilərsiniz.

AzVision.az

Teqlər: DİN   Vakansiya   İş   Elan