Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi
  09 Dekabr 2017    Oxunub:4094
"Son vaxtlar Azərbaycanda uşaq intiharlarının sayında artım müşahidə olunur. Sonu ölümlə bitənlərdən daha çox intihara cəhd edənlərin sayında artım qeydə alınır"

Bu barədə AzVision.az-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Komitə rəsmisi bildirib ki, intiharların artması narahtedicidir: "Ölkə üzrə müşahidə edilən intiharlarla müqayisədə uşaq intiharları çox cuzidir. Həddindən artıq kritik rəqəmlər yoxdur. Azərbaycan intihar halları baş verən ölkələr arasında ən aşağı göstəriciyə malikdir. Bununla belə həyacan təbili var. Çünki hər ay bir neçə istər uşaq, istər gənc və yetkinlik yaşına çatmış şəxslərin intihar halları baş verir. Burada xüsusilə narahatedici məqamlardan biri uşaq intiharlarıdır. Komitə olaraq intihar hallarının araşdırılmasını həyata keçirik. Ümumdünya Səhiyyə Təşkilatı intiharların 800-ə qədər səbəbini müəyyən edib. Səbəblər müxtəlifdir. İnsanın ruhi vəziyyəti, sağlamlığı, qorxu hissi, üzləşdiyi ağır itki intihara əl atmasına səbəb olur.

Məsələn, uşaq riyaziyyatdan məsələ həll edir və bacarmır. Bu, artıq onun üçün problemə çevrilir. Və ya ailədaxili münasibətlər sistemində hər hansı pozulma gedirsə, bu da problemdir. Bunun həlli yollarını tapmayanda insan çıxış yolunu intiharda görür".



A.Veysəlova bildirib ki, azyaşlı, 10-14 yaşlı uşaqlar özünəqəsdə yaxınlarını narahat etmək, ailədə var olduqlarını göstərmək üçün əl atırlar: "Dünyada aparılan təhlillər nəticəsində gəlinən nəticələrdən biri budur. Uşağın niyyəti özünü öldürmək deyil. Sadəcə valideynlərdən daha çox hansının onu sevdiyini öyrənmək üçün buna əl atır. Fikirləşmirlər ki, bunun ağır nəticəsində ölüm halı baş verə bilər. Ailədaxili münaqişələrə, konfliktlərə dözməyən uşaqlar da intihara əl atır.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi intiharların səbəblərin araşdırılması, buna qarşı hansı mübarizə metodlarından istifadə edilməsi barədə araşdırma aparıb. Araşdırma hazırda təhlil edilir. Növbəti il üçün bunun geniş təqdimatını verəcəyik".

A.Veysəlova informasiya texnologiyalarənın inkişaf etdiyi dövrdə valideynlərin üzərinə ikiqat məsuliyyət düşdüyünü vurğulayıb. "Hər kəs, o cümlədən valideynlər öz övladlarına qarşı məsuliyyətlə yanaşmalıdırlar. Uşaqların keçid-böhran yaş dövrlərində onlara həssaslıqla fikir verməlidirlər Uşağa yaxşı geyinmək, qidalanmaq, yaxşı təhsil verməklə yanaşı, onların mənəvi aləmini də təmin etmək lazımdır. Uşağın psixoloji vəziyyəti daim nəzarətdə saxlanılmalıdır. Əvvəllər də belə hallar olub. Lakin bu gün yaşadığlmız dövrdə informasiya texnologiyaları da intihar hallarında öz izini qoyur".

Aytən Zəhra
AzVision.az


Teqlər: İntihar   Komitə  





Xəbər lenti