Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul edib

Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul edib
  08 Dekabr 2017    Oxunub:1619
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
Növbəti qəbul dekabrın 8-də Saatlı Mərkəzi Rayon Xəstəxanasında keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəbul zamanı nazir Oqtay Şirəliyev Saatlı, Sabirabad, Şırvan, Hacıqabul sakinlərinin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti