“Leyla Yunus Azərbaycana qarşı ən iyrənc yollara əl atıb” - Sahib Alıyev

“Leyla Yunus Azərbaycana qarşı ən iyrənc yollara əl atıb” - Sahib Alıyev
  08 Dekabr 2017    Oxunub:4042
"Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş aparıb, öz maraqları naminə hər kəsi satıb"

AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev bu gün “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın təqdimatında deyib.
Deputat bildirib ki, kitabda Leyla Yunusun bütün iç üzü açılıb: “Leyla Yunus Azərbaycanı, Azərbaycan dövlətini satan bir adamdır. Bu xanım tanıdğı bütün hüquq müdafiəçilərini satıb, zərbə altnda qoyub. Leyla Yunusu maliyyələşdirən, ona bir çox ölkələrdə imarətlər, villalar alan, külli miqdarda bank hesabı yaratmağa imkan yaradan çevrələr məhz Leyla Yunus kimi ictimai vuruslardan ictimai rəy lideri yaradırlar. Leyla Yunus kimi ictimai bir virusu da Azərbaycan cəmiyyətinə ictimai rəy lideri kimi sırımağa çalışırdılar”.

S.Alıyev vurğulayıb ki, Leyla Yunus Azərbaycana qarşı ən iyrənc yollara əl atıb: “Leyla Yunus Avopa Oyunları ərəfəsində deyirdi ki, Avropadakı qurumlara demək lazımdır ki, onlar bu məsələni qabartsınlar ki, Ermənistan sülh tərəfdarıdır, Azərbaycan sülh tərəfdarı deyil. Yəni, bu sadəcə bir epizoddur. Bunu edən adamın nələrə gedə bilməsi aydın məsələdir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Sahib-Alıyev   Leyla-Yunus  





Xəbər lenti