49 yaşlı xəstə qadın yanaraq ölüb

49 yaşlı xəstə qadın yanaraq ölüb
  24 Sentyabr 2013    Oxunub:1057
Bakıda yaşayış evində baş verən yanğın faciə ilə nəticələnib.
Yasamal Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Rahib Tağıyev küçəsi - 84 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən həyət evində baş verən güclü yanğın nəticəsində evdə olan, 49 yaşlı Kifayət Əmrulla qızı Mütəllibova yanaraq ölüb. O, xəstə olduğu üçün yanğın zamanı evi tərk edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.



Teqlər:





Xəbər lenti