Almanlar neft daşlarını belə təqdim etdi-VİDEO

Almanlar neft daşlarını belə təqdim etdi-VİDEO
  23 Sentyabr 2013    Oxunub:1667
Almaniyanın “Prosieben” telekanalında “Neft Daşları” haqqında reportaj yayımlanıb.
Almaniyanın “Prosieben” telekanalının “Qaliley” ensiklopedik proqramında Xəzər dənizindəki “Neft Daşları” haqqında reportaj yayımlanıb. Proqramda bildirilib ki, bu “üzən şəhər” Avropa və Asiyanın qovşağı olan Azərbaycanda yerləşir. Qeyd olunub ki, 2 milyard ton neft ehtiyatına malik Azərbaycan Almaniyanı nəzəri baxımdan 20 il təmin edə bilərdi. Hazırda ölkəmizin Almaniyaya ixrac etdiyi 2 milyon ton neftin bir hissəsi məhz “Neft Daşları”nda hasil olunur. “Qaliley” proqramının əməkdaşlarının “Neft Daşları”na səfəri zamanı havadan lentə aldıqları görüntülərin, eləcə də şəhərciyin sənaye və yaşayış hissələrindən çəkilişlərin yer aldığı reportajda “Neft Daşları”ının çox yaxından və hərtərəfli təsviri canlandırılır. Vurğulanır ki, “Ceyms Bond” silsiləsindən olan “Dünya geniş deyil” adlı filmin bir epizodu da məhz burada çəkilib.



S.Həsənova



Teqlər:  





Xəbər lenti