Xızıda 114 ədəd hərbi sursat aşkarlanıb

Xızıda 114 ədəd hərbi sursat aşkarlanıb
  05 Dekabr 2017    Oxunub:1536
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan AzVision.az-a daxil olan məlumata əsasən, dekabrın 4-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 114 ədəd partlamamış hərbi sursat (PHS), 232 ədəd partlamış-yanmış mərmi qalıqları və 402 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 183 000 kv.m (18.30 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 88 gün ərzində 21 095 ədəd partlamamış hərbi sursat (PHS), 11 442 ədəd partlamış-yanmış sursat qalıqları və 74 566 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 72 483 012 kv.m (7 248 ha) ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti