Evlənmək istəyən 103 nəfərdə QİÇS aşkarlanıb

Evlənmək istəyən 103 nəfərdə QİÇS aşkarlanıb
  01 Dekabr 2017    Oxunub:1466
“2006-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 4061 İİV-lə (QİÇS) yaşayan insan cəlb olunub, onlardan 523 nəfərə müalicə bu ilin 11 ayı ərzində başlanılıb”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mubarizə Mərkəzinin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov deyib.

O bildirib ki, ölkədə infeksiyanın anadan uşağa ötürülməsinin qarşısını almaq üçün 263 hamilə ART-yə qoşulub: “2015-ci ildən ölkədə nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi çərçivəsində 117 142 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 103 nəfərdə infeksiyaya yoluxma faktı təsdiqlənib. İİV artıq ailələrə tərəf istiqamətlənib. Cinsi yolla İİV-ə yoluxma ön plana çıxıb”- deyə o, vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: HİV   QİÇS  





Xəbər lenti