Siyavuş Novruzov:` İsgəndər Həmidov getsin...`

Siyavuş Novruzov:` İsgəndər Həmidov getsin...`
  23 Sentyabr 2013    Oxunub:3071
Hakim Yeni Azərbaycan Partiyası "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin seçkiöncəsi mitinqi zamanı səsləndirilən bəzi fikirlərinin Seçki Məcəlləsinin tələblərinə zidd olduğunu açıqlayıb.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, mitinqdə həm YAP-ın ünvanına, həm iqtidarın ünvanına təhkiramiz ifadələr işləndi: "Bu Seçki Məcəlləsinin tələblərinə ziddir."

Onun sözlərinə görə, bu mitinq tam bir-birinə zidd olan insanların toplantısı idi: "Vaxtı ilə İsa Qəmbərə yahudi cəsusu deyən İsgəndər Həmidov gəlib onunla çiyinə-çiyinə dayanmışdı. Əli Kərimlini fərari adlandıran İsgəndər Həmidov gəlib onlarnan bir yerdə dayanmışdı. Orada mənim ünvanıma da İsgəndər Həmidovun və bir neçə şəxsin təhqir ifadələri işlədiblər. İsgəndər Həmidov getsin müəyənləşdirsin ki hansı tövlədə hansı heyvanlardan əmələ gəlibdir, onda sonra gəlsin mitinqdə çıxış eləsin."(trend)


Teqlər:





Xəbər lenti