Xızıda 102 partlamamış hərbi sursat tapılıb

Xızıda 102 partlamamış hərbi sursat tapılıb
  26 Noyabr 2017    Oxunub:1601
Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə təmizləmə əməliyyatları davam etdirilir.
ANAMA-dan AzVision.az-a bildirilib ki, noyabrın 26-da yerli fermer tərəfindən daxil olmuş zəngə əsasən, Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 102 partlamamış hərbi sursat (PHS), 89 partlamış-yanmış mərmi qalıqları və 219 kiloqram yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 122 min 300 kvadratmetr ərazi yoxlanılıb.

Ümumiyyətlə, 81 gün ərzində 20 min 197 partlamamış hərbi sursat (PHS), 9725 partlamış-yanmış sursat qalıqları və 71 min 49 kiloqram yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 7106 hektar ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8868 yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti