Üçüncü debatdan maraqlı məqamlar

Üçüncü debatdan maraqlı məqamlar
  22 Sentyabr 2013    Oxunub:1198
İctimai Televiziyada prezidentliyə namizədlərin üçüncü debatı başlayıb.

İqbal Ağazadə yenə də çıxışını bitirən kimi studiyanı tərk edib.

Budəfəki debatda İlham Əliyevi Əli Əhmədov yox, Siyavyuş Novruzov təmsil edir. Həm o, həm də Zahid Oruc Hafiz Hacıyevi və Cəmil Həsənlini xalqdan üzr istəməyə çağırıblar.

Hafiz Hacıyev isə buna etiraz edərək bildirib ki heç kimi təhqir etməyib. `Mənim içim yanır, mən bunların etdiyini deməliyəm`,- deyə o bildirib. Və Elçibəy hakimiyyəti zamanı xalqdan yığılan qızılların mənimsənildiyini bildirib.

***

Fərəc Quliyev debatlarda Elçibəyin adının hallanmasına etiraz edib və xarici siyasətlə bağlı platformasını açıqlayıb. O, Azərbaycanın türk dövlətlərilə blok yaratmasının tərəfdar olduğunu bildirib.

***

Sərdar Cəlaloğlu da deyib ki, Elçibəyin adının hallanmasına qarşıdır. O, ölkənin əsas probleminin korrupsiya olduğunu bildirib və deyib ki, bu, indiki hakimiyyətlə bağlı məsələ deyil, bütün dövlətlərin bəlasıdır.

***

Araz Əlizadə deyib ki, ATƏT-in Minsk qrupundan imtina olunmalı və yaşı 25-dən yuxarı kişilərdən ibarət peşəkar ordu yaradılaraq, müharibə ilə torpaqlarımız alınmalıdır.

Qüdrət Həsənquliyev bütün universitetlərin özəlləşdirilməli olduğunu və tələbələrə kredit verilməsinin lazımlığını deyib.

O, xatırladıb ki, Cəmil Həsənli həmişə hakimiyyəti tərifləyib və hətta ehtiyac olmadığı halda belə, kitablarında bunu qeyd edib: `İndi isə Əli Kərimlinin siyasi ehtiraslarını soyutmaq üçün hakimiyyətə qarşı çıxır`.

Həsənquliev Əli Kərimlinin özünün, oğlunun və yaxın qohumlarının banklardan 8838000 dollar pul götürdüyünü deyib.

***

Zahid Oruc bildirib ki, Cəmil Həsənlinin Azərbaycan prezidenti ilə bağlı dedikləri siyasi demoqogiyadır və Azərbaycanı zəiflətmə planının tərkib hissəsidir.

`Əsl ziyalı Milli Şura kimi uğursuz, bərbad qurumu təmsil etməz`,- deyə o bildirib.

Amma Cəmil Həsənli çıxışını bitirəndən sonra studiyanı tərk etdiyi üçün Zahid Oruc onunla debata girə bilməyib.

***

Siyavuş Novruzov bildirib ki, Cəmil Həsənli Fərhad Əliyevin kabinetində daha çox olurdu, nəinki işlədiyi Bakı Dövlət Universitetində. `Onun korrupsiya pulları hesabına özəllişdirdikləri obyektlərin siyahısını gələn verilişdə təqdim edəcəyik`,- o bildirib.

***



Teqlər:  





Xəbər lenti