Gömrük Komitəsindən pomidor açıqlaması

Gömrük Komitəsindən pomidor açıqlaması
  23 Noyabr 2017    Oxunub:1200
Hazırda Rusiya Federasiyası ilə sərhəddə yerləşən bütün sərhəd-gömrük keçid məntəqələrindən kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi davam edir və meydana çıxan hər hansı problem operativ şəkildə həllini tapır.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, ötən gün Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün geri qaytarıldığına dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, son dövrlərdə Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması faktı qeydə alınmayıb, o cümlədən 18 ton pomidor məhsulunun da sənədlərində problem olduğu üçün geri qaytarılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti