Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi
  22 Noyabr 2017    Oxunub:1825
“Bir sıra sahələrdə maliyyə artımları olsa da, siyasi partiyaların maliyyəsi artırılmır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən deputat Tahir Kərimli deyib.

Deputat növbəti ilin seçki ili olduğunu diqqətə çatdıraraq, maliyyənin artırılmasını təklif edib: “Ən azı Milli Məclisdə təmsil olunan partiyalara ayrılan vəsaitləri artırmaq olar”.

Millət vəkili Azərbaycanda maliyə amnistisiyasının elan edilməsini də təklif edib: “Bu məsələni uzatmaq lazım deyil. Biz gözləyirik ki, nə vaxtsa varlı insanlar cəzalandırılacaq. Gürcütsanda eks baş nazir İvanişvili Kutaisidə universitetin tikintisi üçün 1 milyard avro vəsait ayırıb. Hesab edirəm ki, bizdə maliyyə amnistiyası olsa, ölkədən kapital axını baş verməz, bu pullar daxildə yatırılar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: siyasi-partiya  





Xəbər lenti