Onlayn mediaya 1 milyon ayrılsın" - Deputatdan təklif

Onlayn mediaya 1 milyon ayrılsın" - Deputatdan təklif
  22 Noyabr 2017    Oxunub:1295
“Bir neçə dəfə onlayn jurnalistika üçün maliyyə ayrılıması məsələsini qaldırmışam. Onlayn mediaya 1 milyon vəsait ayırılımasını təklif edirəm”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

MŞ sədri bildirib ki, biz bu vəsaiti ayırsaq, yaxın vaxtlarda bunun effektini görərik: “Xaricdən olan informasiya təzyiqləri ilə onlayn mediya mübarizə aparır. Onlayn mediada çatışmazlıqlar var. Ayrılan vəsait hesabına onu aradan qaldırmaq olar”.

Ə. Amaşov informasiya ombudsmanının ayrıca qurum kimi fəaliyyətini zəruri hesab edərək bunu reallaşdırmağı təklif edib

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti