Vitse-spiker köçkünlərlə bağlı məsələ qaldırdı: “Vəziyyət acınacaqlıdır”

Vitse-spiker köçkünlərlə bağlı məsələ qaldırdı: “Vəziyyət acınacaqlıdır”
  22 Noyabr 2017    Oxunub:1750
“Qəzalı evlərdə yaşayan məcburi köçkünlər köçürülməlidir. Bu, çox vacibdir və bunu tezliklə etmək lazımdır”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən parlament sədrinin müavini Bahar Muradova deyib.
B.Muradovanın sözlərinə görə, özəlləşmiş müəssisələrin həyətində, qeyri-yaşayış sahələrində məskunlaşan bəzi köçkünlərin vəziyyəti həqiqətən ağırdır:

“Nəzərə alsaq ki, onlar yataqxanalarda yaşamırlar, ilk növbədə köçürülməsi vacib olan insanların siyahısına da aid deyillər. Onların vəziyyəti həqiqətən acınacaqlıdır. Bu istiqamətdə diferrensial yanaşmaya ehtiyac var”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Bahar-Muradova  





Xəbər lenti