Vəkil: “Fədayə Laçın özünü kurortdakı kimi hiss etmir”

Vəkil: “Fədayə Laçın özünü kurortdakı kimi hiss etmir”
  22 Noyabr 2017    Oxunub:3577
Hazırda həbsdə olan müğənni Fədayə Laçının saxlanma şəraitindən şikayəti yoxdur.

Bunu AzVision.az-a açıqlamasında müğənninin vəkili Türkəl Süleymanlı bildirib. Onun sözlərinə görə, hepatet xəstəsi olan F.Laçının səhhəti hazırda qənaətbəxşdir.
“Həbsdə şərait çöldəki kimi deyil. Təbii ki, kimsə özünü orada kurortdakı kimi hiss etmir. Fədayə xanımın şikayəti yoxdur. Ona münasibətdə qanun pozuntusuna yol verilmir. Ancaq ümumi götürdükdə sağlam adam belə, həbsxana rejimində özünü rahat hiss etməz. Fədayə xanım hepatet xəstəsidir. Müalicə kursu keçib. Hazırda vəziyyəti qənaətbəxşdir”.

Vəkil, bir sıra tanınmış şəxslərin F.Laçının həbsdən azad olunması ilə bağlı müraciətinə münasibət bildirib. Qeyd edib ki, imzaların toplanmasında müğənninin ailəsi də iştirak edib: “Oların hər biri öz mövqelərini ortaya qoydular. Təbii ki, hər birimiz Fədayə xanımın həbsən çıxmasını arzulayırıq”.

Qeyd edək ki, Xalq artisti Alim Qasımov, Aftandil İsrafilov, Rafiq Hüseynov (Rəmiş), Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova Fədafə Laçının azad olunması ilə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlayıb.

Xatırladaq ki, F.Laçın "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirli bilinərək həbs olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Fədayə-Laçın   Vəkil   Həbsxana  





Xəbər lenti