“Lotu Quli” Lənkəranskinin qardaşından qisas almağa hazırlaşır
AzVision.az “Rosbalt”-a istiandən xəbər verir ki, bundan əvvəl nüfuzlu “qanuni oğru” İstanbulda ona sui-qəsd etmək istəyən şəxslərdən qisas almağa çalışacaq.
Hazırda Səlifov Merabın düşmənləri ilə danışıqlar aparır. Çünki, koalisiyanın yaradılması üçün ümumi düşmənə qarşı qisas motivi olmalıdır. Merabla Pipiey arasında olduğu kimi. Belə ki, Pipiey 2012-ci ildə uşağın gözü qarşısında Canqveladzeni “qanuni oğru” kimi tanımadığına görə döyülmüşdü. Bundan başqa Qulinin Kuşner (Aleksandr Kuşner) və Rəşad Gəncinski (Rəşad İsmayılov) ilə müttəfiq olduğu deyilir. Eyni zamanda Quli Türkiyədə Qeloy Kardavoy tərəfindən tacladırılan “Çinli” ləqəbli Serqey Çebanla da görüşüb. Lakin hazırda Qeloyun “oğru səlahiyyətləri” Şakro Molodoy və digər “qanuni oğru” lar tərəfindən dayandırılıb.
Digər tərəfdən “Şakro Molodoy”la “Lotu Quli” arasında münasibətlər isti deyil. Belə ki, Nadir Səlifovun kiçik qardaşı Namiq Səlifovun "oğru" titulu əlindən alınıb. 38 yaşlı Namiq Səlifovla bağlı qərar Moskvada keçirilən “sxodka”da qəbul olunub. Həmin “sxodka”nı nüfuzlu “qanuni oğru” Zaxari Kalaşov (“Şakro Molodoy”) təşkil edib. “Sxodka”da Namiq Səlifovdan başqa daha 11 “vor zakon” tituldan məhrum edilib. Onların arasında “Lotu Quli”nini ad verdiyi digər "oğru"lar - 35 yaşlı Rafət Əlirza oğlu Əmirov (“Rafet Əlibayramlinski”) və 39 yaşlı Ceyhun Nəbi oğlu Əsgərov (“Ceyhun Gəncinski”) da olub.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Lotu-Quli Lənkəranski