Pənah Hüseyn:`Hafiz Hacıyev ciddi səhv buraxdı`

 Pənah Hüseyn:`Hafiz Hacıyev ciddi səhv buraxdı`
  20 Sentyabr 2013    Oxunub:1317
İctimai Televiziyanın dünənki seçki debatı ictimaiyyət, xüsusən də siyasətçilər arasında böyük hay-küyə səbəb olub. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də qalmaqallı debata münasibət bildirib.

Debatı diqqətlə izlədiyini deyən P.Hüseyn qeyd edib ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev debat zamanı ciddi səhv buraxıb :`Debatı diqqətlə izlədim. Qalmaqal zamanı Hafiz Hacıyevin vaxtı qurtarmışdı. Ona görə də o, çox ciddi səhv buraxdı. Suallara cavab vermək əvəzinə, onun Cəmil Həsənliyə hücumu hamının qəzəbinə səbəb oldu. Ona görə də debatın nəticəsi olaraq, təşəbbüs Cəmil Həsənlinin əlinə keçdi.

Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti