Xızıda 1461 ədəd hərbi sursat aşkarlanıb

Xızıda 1461 ədəd hərbi sursat aşkarlanıb
  18 Noyabr 2017    Oxunub:1693
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, noyabrın 17-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 1 461 ədəd partlamamış hərbi sursat (PHS), 97 ədəd partlamış-yanmış mərmi qalıqları və 559 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 194 500 kv.m (19.45 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 72 gün ərzində 18 591 ədəd partlamamış hərbi sursat (PHS), 299 ədəd partlamış-yanmış sursat qalıqları və 67 030 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 68 939 285 kv.m (6 894 ha) ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Mərmi  





Xəbər lenti