Nardaranda narkotik plantasiyası aşkarlanıb

Nardaranda narkotik plantasiyası aşkarlanıb
  15 Noyabr 2017    Oxunub:1472
Noyabrın 13-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yarım kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 42-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında noyabrın 14-də Nardaran qəsəbəsinin Ləhiş bağlar massivində Mərdan Əliyevin yaşadığı həyətyanı sahəyə baxış keçiriblər.

Bu zaman oradakı yardımçı otaqdan xüsusi kultivasiya olunmuş, ümumi çəkisi 18 kiloqrama yaxın olan 85 ədəd çətənə kolları, 285 ədəd çətənə toxumu və 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Nardaran  





Xəbər lenti