Canlı efir davaları - VİDEO

Canlı efir davaları - VİDEO
  20 Sentyabr 2013    Oxunub:1761
Siyasətçilərin canlı efirdə və telebedatlarda apardığı müzakirələrin sonu çox zaman mübahisə ilə bitir.
2010-cu il parlament seçkilərində Xətai rayon 33 saylı seçki dairəsindən namizəd olan Hüseynbala Mirələmov və AXCP sədr müavini Fuad Qəhrəmanlı arasında canlı yayımda yaşanan qalmaqal uzun müddət mətbuatın gündəmindən düşməyib.



Rusiyada 90-cı illərin ən populyar siyasi debat proqramı “Təkbətək” tamaşaçıların yaddaşında daha çox qalmaqallı siyasətçi, Liberal Demokrat partiyasının lideri Jirinovsi ilə o zamanlar Nijeqorod vilayətinin qubernatoru B. Nemsov arasında, canlı yayımda yaşanan qalmaqal olub.



Suriyanın Ərəb Birliyindən çıxarılması məsələsində Livanın tutduğu mövqe ölkədə uzun müddət müzakirə olunub. Canlı yayımda müzakirələrə qatılan siyasətçilər Mustafa Alluş və Fayiz Şükür isə əsəblərini cilovlaya bilməyib.



“Bəyaz TV” ekranlarında üz-üzə gələn türkiyəli siyasətçilər canlı efirdə söyüş söyməkdən də çəkinməyib. Hakim ədalət və İnkişaf partiyasından Sərdar Arsevən və Cumhuriyyət Xalq partiyasından olan Məhmət Faraçın davası xeyli müzakirə edilib.



Yunanıstan Parlamentinin solçu,neo-nasisit deputatlarından biri İlias Kasilias,digər deputatlar- parlamentin sağ qanadının iki qadın təmsilçisinə şillə vurur. İlias Kasilias əlindəki bir stəkan suyu qadın deputatın üzünə çırpır. Afina prokuroru buna görə İlias Kasiliasın həbsini istəyib.





Teqlər:  





Xəbər lenti