Xızıda döyüş sursatları tapılıb

Xızıda döyüş sursatları tapılıb
  14 Noyabr 2017    Oxunub:1545
Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, noyabrın 13-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 107 ədəd partlamamış hərbi sursat (PHS), 219 ədəd partlamış-yanmış mərmi qalıqları və 403 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 129 500 kv.m (112.95 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 68 gün ərzində 15 216 ədəd partlamamış hərbi sursat (PHS), 7 702 ədəd partlamış-yanmış sursat qalıqları və 65 414 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 65 692 985 kv.m (6 569 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

AzVision.az


Teqlər: ANAMA   Xızı  





Xəbər lenti