“Həzi Aslanov” metrosunda təmir başlayır

“Həzi Aslanov” metrosunda təmir başlayır
  13 Noyabr 2017    Oxunub:1894
Noyabrın 14-də “Həzi Aslanov” stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qurumdan bildirilib ki, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

“Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

AzVision.az


Teqlər: Metro  





Xəbər lenti