Parlament jurnalistləri 3 rayonda bayraq aksiyası keçirib - FOTOLAR

Parlament jurnalistləri 3 rayonda bayraq aksiyası keçirib - FOTOLAR
  10 Noyabr 2017    Oxunub:2547
Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə qurumun 20 üzvü Bayraq günü ilə bağlı Quba, Qusar və Xaçmazda olub.
AzVision.az xəbər verir ki, jurnalistlər öncə Quba məzarlığını ziyarət ediblər. Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı Quba Məzarlığı Muzeyində xatirə kitabına ürək sözlərini yazıb.



Elşad Eyvazlının sözlərinə görə, jurnalistlər daha sonra Quba, Qusar və Xaçmazda yerli sakinlərlə görüşərək, onlara Azərbaycan bayrağı ilə bağlı məlumat veriblər:

"Sakinlərlə aparılan söhbətlərdən məlum oldu ki, gənc nəsil bayraqla bağlı yaşlı nəslə nisbətən daha məlumatlıdır. Xüsusilə, 10 yaşadək uşaqların bayraqla bağlı söylədikləri fikirlər, bayraq sevgisi jurnalistlərin ciddi marağına səbəb oldu. Səfər zamanı jurnalistlər yerli sakinlərə bayraqlar hədiyyə etdilər".



PJB sədri qeyd edib ki, Parlament Jurnalistləri Birliyi üzvlərinin Bayraq günü ilə bağlı ölkənin ayrı-ayrı bölgələrinə səfəri artıq ənənə halını alıb:

"Ötən il jurnalistlər Bayraq gününü Balakən, Zaqatala, Şəki, Qax və Oğuz rayonlarında qeyd ediblər. 2015-ci ildə isə Bayraq günündə Goranboy, Göygöl və Gəncədə olduq, yerli sakinlərlə görüşdük. Növbəti illərdə də bu ənənə davam etdiriləcək".



Qeyd edək ki, jurnalistlərin bu addımı Quba rayonundan millət vəkili Vahid Əhmədov, Qusar rayonunun deputatı Azər Badamov və Xaçmaz rayonun deputatı Eldəniz Səlimov tərəfindəndə təqdir olunaraq, dəstəklənib.

















AzVision.az


Teqlər: PJB   Bayraq  





Xəbər lenti