“Ermənistan” bir zərbə ilə sındırıldı - VİDEO

“Ermənistan” bir zərbə ilə sındırıldı - VİDEO
  08 Noyabr 2017    Oxunub:36886
Bu gün Tərtər rayonunda 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib.

AzVision.az xəbər verir ki, rəsmi çıxışlardan sonra “N” saylı hərbi hissənin əsgərləri tədbir iştirakçıları qarşısında döyüş hazırlıqlarını nümayiş etdiriblər.
Hərbçilərimizin erməni bayrağını və Ermənistanın adı yazılmış kərpicləri baş zərbələri ilə sındırması alqışla qarşılanıb.

Əsgərlərimiz bununla düşmənə mesaj veriblər ki, aprel döyüşlərində olduğu kimi Azərbaycan ordusu hər an erməni silahlı birləşmələrini darmadağın etməyə hazırdır.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bayraq-Günü  





Xəbər lenti