Yeni standartlar qəbul edildi

Yeni standartlar qəbul edildi
  19 Sentyabr 2013    Oxunub:1068
AZS İSO/İEC 2382-18-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı” dövlət standartları qəbul edilib.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsininin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, komitə AZS İSO/İEC 2382-18-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı” və AZS İSO/İEC 2382-20-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi” dövlət standartlarını təsdiq edib. Standartların tətbiq vaxtı 1 oktyabr 2013-cü il tarixindən müəyyən edilib.

Standartlar Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən işlənilib Komitəyə təqdim edilib.

AZS İSO/İEC 2382-18-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı” dövlət standartı verilənlərin paylanmış emalı sahəsində beynəlxalq ünsiyyəti asanlaşdırmaq üçün nəzərdə tutulur.

Standartda verilənlərin paylanmış emalına və xüsusən də şəbəkə elementləri və komponentlərinə, şəbəkə topologiyasına, şəbəkə arxitekturasına, şəbəkə funksiya və tətbiqi proqramlarına aid anlayışlara tərif verilir.

AZS İSO/İEC 2382-20-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi” dövlət standartında isə sistemin layihələndirilməsi və keyfiyyət təminatı da daxil olmaqla, sistemə olan tələblərin təhlilindən başlamış sistemin tətbiqinə qədər onun bütün həyat dövrünün əsas anlayışlarının tərifləri verilir.



Teqlər:  





Xəbər lenti