Azərbaycanlı zəvvar İraqda ölüb

Azərbaycanlı zəvvar İraqda ölüb
  04 Noyabr 2017    Oxunub:2189
İraqı ziyarət edən azərbaycanlı zəvvar, Yardımlı rayon sakini Rauf Həbullah oğlu Musayev dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə APA-nın cənub bürosuna açıqlamasında zəvvar Mirələm Həşimov bildirib.

Onun sözlərinə görə, hadisə bu gün baş verib. Belə ki, İraqın Samirə şəhərini ziyarət etdikdən sonra R.Musayev avtobusda ürəktutmasından dünyasını dəyişib.

Zəvvar yoldaşları R.Musayevi xəstəxanaya çatdırmaq istəsələr də, artıq gec olub.

AzVision.az


Teqlər: İraq   Zəvvar  





Xəbər lenti