Əfqan hərbçilər Azərbaycanda təhsil alacaq

Əfqan hərbçilər Azərbaycanda təhsil alacaq
  03 Noyabr 2017    Oxunub:2192
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.
AzVision.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” saziş 2017-ci il martın 29-da Bakı şəhərində və mayın 13-də Kabil şəhərində imzalanıb.

AzVision.az




Teqlər: İlham-Əliyev  





Xəbər lenti