`15 ildir GMO ilə mübarizə aparırıq`

`15 ildir GMO ilə mübarizə aparırıq`
  19 Sentyabr 2013    Oxunub:1108
Milli məclisin Aqrar siyasət komitəsinin iclası olub.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən Eldar Quliyev bildirib ki, 15 ildir genetik modifikasiya olunmuş məhsulların Azərbaycana gətirilməməsi üçün komitə olaraq mübarizə aparırıq.

Prezident Aparatından daxil olan 6 qanuna dəyişiklikdə məhz bu nəzərdə tutulur.

“Təklif edirəm ki, qanun qəbul edildikdən sonra onlara nəzarəti gücləndirək. Gömrük orqanlarında, Kənd təsəsrrüfatı nazirliyinə müraciət edək ki, bu qanunların icrasına nəzarəti həyata keçirsinlər. Biz bunları qadağan edirik, amma yerlərdə bu məhsullar əkilir. Biz bunları aydınlaşdırmaq üçün yeni avadanlıqlar gəıtirməliyik, labarotoriyaları genişləndirməliyik ki, genetik modifikasiya olunmuş məhsulları yoxlayaq”.

Deputat İqbal Məmmədov bildirib ki, genetik modifikasiya olunmuş məhsulların əksilməsi ilə kəndçilər rəqabət apara bilmirlər.

“Məhsulları bol olsa da onu sonradan əkə bilmirlər. Bu genetik modifikasiya olunmuş məhsullara qadağa kəndçilərə öz məhsullarını əkməyə və onların büdcəsinin artmasına səbəb olacaq”.

Sevinc


Teqlər:





Xəbər lenti