Məhbusun cibindən telefon çıxdı - FOTO

Məhbusun cibindən telefon çıxdı - FOTO
  19 Sentyabr 2013    Oxunub:1033
Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxsdə mobil telefon aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 18-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan Xəlilov Rəfail Əli oğlunun kamerasına və üzərinə baxış keçirilib.

Baxış zamanı "Cin" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Rəfail Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham olunur.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti