Millət vəkilindən qeyri-adi seçki təşəbbüsü – VİDEO, FOTOSESSİYA

Millət vəkilindən qeyri-adi seçki təşəbbüsü – VİDEO, FOTOSESSİYA
  19 Sentyabr 2013    Oxunub:1864
17 sentyabr 2013-cü il tarixində, seçkilərdə cənab İlham Əliyevə dəstək marafonun bir hissəsi kimi YAP-çı deputat Əli Hüseynli bir qrup Xınalıq sakini ilə Şahdağ zirvəsinə (4243 metr) və prezident İlham Əliyevin adını daşıyan zirvəyə (4020) yürüş ediblər.

Onlar bunu hər hansi bir xüsusi texniki vasitə və alpinist dəstəyi olmadan bir gün ərzində etməyi qərarlaşdırıblar. Növbəti mərhələlərdə Azərbaycanın inkişaf edən bölgələrində - Qəbələdə, Gəncədə, Yevlaxda, Bakı kəndlərində sadə seçicilərlə birlikdə daha ekstremal və maraqlı yürüşlər nəzərdə tutulur. Bu marafonda peşəkar idmançılar deyil,həvəskar seçicilər iştirak edirlər.

AzVision.az saytına ekskluziv müsahibəsində marafon yürşünün iştirakçısı Xınalıq sakini, Xınalıq tarix və etnoqrafiya muzeyinin abidə mühafizəçisi Natiq Orucov bu yürüşü belə təsvir edir:



- Bizim kəndimiz Xınalıq Azərbaycanın ən yüksək nöqtələrinin birində yerləşən, qədim və əsrarəngiz təbiətə malik yaşayış məskənlərindəndir. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyev bizim kəndimizə də səfər etmişdi. Bundan sonra çətin dağ silsilələri yarılaraq kəndimizə müasir yol çəkildi, yeni məktəb binası tikildi. Xınalığa yeni nəfəs gəldi. Kəndimiz turizm məskəni kimi dünyada tanındı, tarixi abidə kimi dövlət tərəfindən qorunmağa başladı. Xınalıqlılar Prezidentin bu qayğısını heç zaman unutmurlar.

Biz eşidəndə ki, seçkilərdə Prezident İlham Əliyevi dəstəkləmək marafonunda əlçatmaz zirvələrə yürüş olacaq, böyük həvəslə buna qatıldıq. Mən özüm dağlar qoynunda böyümüşəm, Xınalığı əhatə edən Qızılqaya, Xınalıq dağı və digər zirvələrdə olmuşam. Amma Şahdağı və İlham Əliyevin adını daşıyan zirvə öz xüsusiyyətinə görə Azərbaycanın ən çətin zirvələrindəndir və mən də ilk dəfə ora çıxacaqdım. Ənənəvi olaraq o zirvələrə iyul – avqust aylarında iki-üç gün ərzində çıxılır və payız ayları münasib hesab olunmur. Biz bunu bir gün ərzində hansısa texniki vasitənin və alpinist köməyi olmadan etmək qərarına gəldik. Səmimi istəyimiz, iradəmiz və Prezident İlham Əliyevə olan ehtiram bu işdə bizim ən yaxın yardımçımız oldu.

Marafon iştirakçısı, Milli Məclisin Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli:



- Biz bu təşəbbüsü irəli sürəndə məqsədimiz seçkilərdə vətəndaş mövqeyini nümayiş etdirməkdən ibarət idi. Açığı sadə insanların Prezident İlham Əliyevə səmimi dəstəyi və məhəbbəti adamı valeh edir. Şahdağ və İlham Əliyevin adını daşıyan zirvəyə yürüş bizim marafonun ancaq bir elmentidir.
Fürsətdən istifadə edib, qeyd etmək istəyirəm ki, Şahdağ zirvəsinə gedərkən biz ucqar dağ zirvələrində keşik çəkən sərhədçilərimizlə fəxr etdik. Onlar yüksək texniki təminata və peşəkarlığa malikdirlər. İnanırıq ki, Ali Baş Komandanın fəaliyyəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq, sərhədçilərimiz Azərbaycan və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhəddində keşik çəkəcəklər və biz Dağlıq Qarabağda Böyük Kirs dağına, Dəlidağa və digər zirvələrə yürüş edəcəyik, orada Azərbaycanın bayrağı sancılacaq.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti