Rafiq Hüseynovun cənazəsi bu gün Bakıya gətiriləcək

Rafiq Hüseynovun cənazəsi bu gün Bakıya gətiriləcək
  01 Noyabr 2017    Oxunub:4105
Almaniyada dünyasını dəyişən xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun cənazəsi bu gün gecə saatlarında Bakıya gətiriləcək.
Bu barədə AzVision.az-a diktorun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. O, bildirib ki, dəfn mərasimi sabah baş tutacaq.

Vida mərasiminin yeri və saatı bu gün axşam dəqiq bilinəcək.

Qeyd edək ki, Rafiq Hüseynov oktyabrın 26-da Almaniyada müalicə aldığı klinikada vəfat edib. O, uzun müddət ağciyər xəstəliyindən əziyyt çəkib.

AzVision.az


Teqlər: Rafiq-Hüseynov  





Xəbər lenti