Metyu Brayza: “Bakı-Tbilisi-Qars layihəsi tarixi addımdır” (EKSKLÜZİV)

Metyu Brayza: “Bakı-Tbilisi-Qars layihəsi tarixi addımdır” (EKSKLÜZİV)
  30 Oktyabr 2017    Oxunub:5850
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Çin, Mərkəzi Asiya və Avropa iqtisadiyyatlarını Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən dəmiryolu tranzit kanalı vasitəsilə birləşdirmək baxımından atılan tarixi addımdır.
Bunu AzVision.az-a eksklüziv açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza deyib.

“Yeni dəmiryolu layihəsi Bakı-Tbilisi-Qars neft kəməri və Cənub Qaz Dəhlizi layihələri ilə birgə regionun strateji əhəmiyyətini bir daha vurğulayır”,-deyə Brayza qeyd edib.

Metyu Brayza, həmçinin bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa təsiri olmayacaq.

“Layihə münaqişənin sülh yolu ilə həll olunacağı təqdirdə Qərb–Şərq nəqliyyat infrastrukturu çərçivəsində Ermənistanın əldə edə biləcəyi böyük iqtisadi imkanları vurğulayır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Brayza   BTQ  





Xəbər lenti