Prezident kim olsun: Putin, yoxsa Sobçak?

Prezident kim olsun: Putin, yoxsa Sobçak?
  28 Oktyabr 2017    Oxunub:3226
Rusiyada bu həftə prezident seçkiləri keçirilsəydi, kim qalib gələrdi?

AzVision.az xəbər verir ki, bu suala cavab tapmaq üçün Rusiya əhalisi arasında sorğu keçirilib.
Sorğuda iştirak edən respondentlərin böyük əksəriyyəti (67 faiz) bazar günü seçki olsaydı, hazırki prezident Vladimir Putinə səs verəcəyini deyib.

Putinin ən yaxın rəqibləri 7 faiz səslə Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski və cəmi 4 faiz səs yığan Kommunist Partiyasının lideri Gennadi Züqanovdur.

Prezidentliyə iddialı olan tanınmış teleaparıcı Kseniya Sobçakın adını isə bir neçə nəfər çəkib.

Ümumilikdə isə sorğuya qatılan sakinlərin 80 faizi Putinə güvəndiyini bildirib.

AzVision.az


Teqlər: Rusiya   Putin   Sobçak   Jirinovski  





Xəbər lenti