Satıcı işlədiyi mağazadan oğurluq edib

Satıcı işlədiyi mağazadan oğurluq edib
  27 Oktyabr 2017    Oxunub:1436
Bakı şəhərindəki mağazadan 30 min manatlıq oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti