SOCAR bütün işçilərini mənzillə təmin edəcək

SOCAR bütün işçilərini mənzillə təmin edəcək
  17 Sentyabr 2013    Oxunub:5992
Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) çalışan və mənzil növbəsində dayanan bütün işçilər evlə təmin ediləcək.
AzVision.az apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov bildirib.

Onun sözlərinə görə, işçilərin mənzillərlə təmin olunması üçün hazırda ARDNŞ-in tərkibində kooperativ fəaliyyət göstərir: «Bu qurum tərəfindən neftçilərə artıq xeyli mənzil verilib. İlk növbədə ARDNŞ-də mənzil növbəsində dayanan işçiləri bu kooperativə cəlb etməklə onların mənzil növbəsinə dayanma müddətindən asılı olaraq ARDNŞ 50% güzəştlə işçiləri mənzillə təmin edir».

S.Qasımov bildirib ki, digər tərəfdən ARDNŞ banka depozit qoymaqla işçilərə ipoteka krediti verir: «ARDNŞ həmçinin işçilərinə torpaqyanı sahələrinin verilməsini də təmin edir. Bu işlər plana uyğun olaraq aparılır. Düşünürük ki, son neftçi mənzillə təmin olunana qədər bu işlər davam etdiriləcək».


Teqlər:  





Xəbər lenti