ASAN xidmət - xalqa xidmət

ASAN xidmət - xalqa xidmət
  17 Sentyabr 2013    Oxunub:3491
Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Yasamal rayonunda 3 saylı ASAN xidmət mərkəzinin açılışı olub.

Mərkəz ən son texnoloji avadanlıqlarla təchiz edilmiş müasir interyerə malikdir.

Mərkəzdə ilk dəfə olaraq elektron şikayət köşkü (Skype) və elektron rəy sorğusu (exit poll) xidmətləri göstəriləcək. Yəni skaype vasitəsilə vətəndaşların online qəbulu keçirələrək şikayətlərinə operativ şəkildə baxılacaq. Elektron rəy sorğusu vasitəsilə gündəlik vətəndaş məmnunluğunun səviyyəsi müəyyən ediləcək.


Bundan əlavə Mərkəzdə daimi YARAT müasir incəsənət sərgisi nümayiş olunacaq.

Xatırladaq ki, Ilin əvvəlindən bu günədək ASAN xidmət mərkəzlərinin sayı 4-ə çatdırılmışdır. Onlardan 3-ü Bakı Şəhərində, 1-i Sumqayıt şhərində fəaliyyət göstərir.

Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzi sentyabrın 25-dən etibarən fəaliyyətə başlayacaq. Mərkəzin xidmətlərindən Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisi yararlanacaq.

3 saylı “ASAN xidmət” mərkəzi Yasamal rayonu, Şərifzadə küçəsi 39 ünvanında (köhnə Yasamal bazarının yerində) yerləşir.

ASAN xidmət mərkəzinin fəaliyyətə başladığı 15 yanvar tarixdən bu günədək 470 mindən artıq vətəndaşa xidmət göstərilibdir.
Bu yaxınlarda Gəncədə də 1 regional ASAN xidmət mərkəzinin yaradılması nəzərdə tutulub.

3 saylı “ASAN xidmət” mərkəzində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlər həyata keçiriləcək:

1. doğumun qeydə alınması;
2. ölümün qeydə alınması;
3. nikahın qeydə alınması;
4. nikahın pozulmasının qeydə alınması;
5. övladlığa götürmənin qeydə alınması;
6. atalığın müəyyən edilməsinin qeydə alınması;
7. adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
8. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
9. notariat fəaliyyəti- müxtəlif müqavilələrin, sənədlərin, imzaların, tərcümə materiallarının təsdiqi, vərəsəliyin açılması və.s.;
10. şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
11. ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
12. sürücülük vəsiqələrinin dəyişdirilməsi;
13. məhkumluq barədə arayışların verilməsi;
14. yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
15. daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların (forma № 1 arayışlarının) verilməsi;
16. kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;
17. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
18. gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
19. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi;
20. torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
21. əmək pensiyalarının təyin edilməsi;
22. dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.

Mərkəzdə bundan əlavə aşağıdakı funksional yardımçı xidmətlər həyata keçiriləcək:
1. bank xidmətləri:


1.1. cari bank hesablarının açılması;
1.2. valyuta mübadiləsi;
1.3. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət rüsumlarının və xidmət haqlarının qəbulu;
1.4. inzibati xətalara dair cərimələrin qəbulu;
2. sığorta xidmətləri:
2.1. avtomobillərin sığortası;
2.2. daşınmaz əmlakın sığortası;
3. hüquqi yardım xidmətləri:
3.1. hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi;
3.2. məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi;
3.3. ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi;
3.4. vətəndaşların müraciəti əsasında digər növ hüquqi yardım göstərilməsi;
4. bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər;
5. tibb xidmətləri:
5.1. tibbi arayışların verilməsi;
5.2. ilkin tibbi yardım göstərilməsi;
6. rəsmi internet informasiya ehtiyatı vasitəsi ilə göstərilən xidmətlər:
6.1. real vaxt rejimində növbənin tutulması;
6.2. vətəndaş müraciətlərinin real vaxt rejimində qəbulu və cavablandırılması;
6.3. “Asan xidmət” mərkəzlərində göstərilən bütün xidmətlər üzrə vətəndaşların məlumatlandırılması;
6.4. e-asan bölməsi vasitəsi ilə “Asan xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət orqanlarına müraciətlərin qəbulunun və həmin müraciətlərin cavablandırılmasının elektron formada təşkili;
7. mərkəzlərdə quraşdırılan xüsusi terminallar vasitəsi ilə göstərilən xidmətlər:
7.1. mobil rabitə və internet xidmətlərinin ödənişi;
7.2. kommunal xidmətlərin ödənişi;
7.3. kredit və sığorta ödənişlərinin həyata keçirilməsi və.s


Teqlər:  





Xəbər lenti