Dünyanın itirdiyi dahi Lütfi Zadə - 40 gün keçdi (FOTOLAR)

Dünyanın itirdiyi dahi Lütfi Zadə - 40 gün keçdi (FOTOLAR)
  16 Oktyabr 2017    Oxunub:16651
Bu gün dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin vəfatından 40 gün ötür.
AzVision.az-ın məlumatına görə, dahi alimin yaxınları onun məzarını ziyarət ediblər. Mərhumun yaxın dostu olmuş Şahnaz Şahbazova məzarı önündə Lütfi Zadə ilə bağlı fikirlərini bölüşüb: "Lütfi Zadə böyük alim, dahi şəxsiyyət, səmimi dost idi. Artıq 40 gündür ki, bizimlə deyil. Bu, hər birimiz üçün böyük itkidir. Lütfi mənim üçün əziz insan olub. Mən deyəndə ki, Lütfini çox istəyirdim, yaxın ətrafımızda olan insanlar bildirirdilər o, səni səndən də çox istəyir. Bütün əziyyətlərim ona halal olsun”.



Xatırladaq ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru olub. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs kimi tarixə düşüb. Lütfi Zadə, həmçinin Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olub.

Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

Dünya şöhrətli alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. Onun cəzanəsi sentyabrın 29-da Azərbaycana gətirilərək I Fəxri Xyabanda dəfn olunub.


















Hafiz Əhmədov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Lütfi-Zadə  





Xəbər lenti