Con Kerridən Trampa ağır ittiham

Con Kerridən Trampa ağır ittiham
  14 Oktyabr 2017    Oxunub:2119
ABŞ prezidenti Donald Tramp İranla nüvə sövdələşməsinə dair qərarı ilə beynəlxalq böhran yaradır.

AzVision.az xəbər verir ki, belə bir ittihamı ABŞ-ın sabiq dövlət katibi Con Kerri özünün “Twitter” səhifəsində yazıb.
“Prezident Donald Trampın qərarı təhlükəlidir və beynəlxalq böhran yaradır. Qərar ABŞ-ın təhlükəsizlik sahəsindəki maraqlarını və yaxın müttəfiqlərinin maraqlarını təhlükə altında qoyur. Səbəb nə olur-olsun, reallıq budur ki, prezident sazişin sabitliyini pozaraq mövqeyimizi zəiflədir, müttəfiqlərimizi bizdən uzaqlaşdırır, İran mühafizəkarlarının mövqeyini gücləndirir, KXDR böhranının həllini qəlizləşdirir və bizi hərbi münaqişəyə yaxınlaşdırır”, - Kerri yazıb.

Xatırladaq ki, Donald Tramp oktyabrın 13-də xalqa müraciətində İran tərəfinin nüvə proqramına dair sazişi yerinə yetirməsini təsdiqləməkdən imtina etdiyini bildirib.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti