YUNESKO-nun yeni rəhbərinin dosyesi - Atası kralın ən yaxın adamıdır (FOTOLAR)

YUNESKO-nun yeni rəhbərinin dosyesi - Atası kralın ən yaxın adamıdır (FOTOLAR)
  14 Oktyabr 2017    Oxunub:11622
Fransanın siyasi xadimi, sabiq mədəniyyət naziri Odre Azule BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə (YUNESKO) baş direktoru seçilib. Seçkilərin son turu zamanı şuranın 58 iştirakçı ölkəsindən 30 dövlət Azulenin namizədliyini dəstəkləyib.
AzVision.az xəbər verir ki, yeni baş direktor 4 avqust 1972-ci ildə Fransada La Sel-Sen-Klu şəhərində anadan olub. Onun atası Andre Azule Mərakeş kralı II Həsənin müşaviri olub, hazırda onun oğlu kral VI Məhəmmədin müşaviridir. 1993-ci ildə Lankastr universitetində (Böyük Britaniya) işgüzar inzibatçılıq magistr dərəcəsi alıb, 1994-ci ildə Paris -Dofin Universitetini, 1996-ci ildə Siyasi Tədqiqatlar İnstitutunu (“Sıyans Po” Paris), 2000-ci ildə isə Administrasiyanın Milli Məktəbini (Strasburq) bitirib.



2006-2017-ci illərdə Milli kino və animasiya mərkəzində yayım üzrə baş direktorun müavini, hüquq və maliyyə direktoru olub. 2014-ci ildə prezident Fransua Ollandın mədəniyyət və kommunikasiyalar üzrə müşaviri olub. O, xüsusən kino və audiovizual xidmətlər bazarının tənzimlənməsi problemlərinə nəzarət edib. Onun fəaliyyət sahəsinə fransız kinosunun Avropa bazarında qorunması daxil idi.



2016-2017-ci illərdə Bernar Kaznyev və Manuel Valsın hökumətində mədəniyyət və kütləvi kommunikasiyalar naziri olub. 2017-ci ildə nazirliyin büdcəsinin 6,6%-i, yəni 2,9 milyard avroya qədər artmasına nail olub . Münaqişə zonalarında mədəni irsin qorunmasında fəal iştirak edib. İngilis və ispan dillərini bilir. Odre ailəlidir, bir oğlu və qızı var.







İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: YUNESKO   Fransa  





Xəbər lenti