Bu kəndlərin də qazı oldu

Bu kəndlərin də qazı oldu
  17 Sentyabr 2013    Oxunub:1018
"Neftçilər günü" ərəfəsində, sentyabrın 16-da Lənkəran rayonunun Osaküçə, Pambəyi, Tatoba və Sinovlu kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 1050 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 34 176 metr uzunluğunda polietilen borularla daşıyıcı və 24 471 metr uzunluğunda polad borularla məhəllədaxili qaz xətləri çəkilib, 1050 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Teqlər:





Xəbər lenti