Ermənistan ordusunda ateistlər zorla xristianlaşdırılır

Ermənistan ordusunda ateistlər zorla xristianlaşdırılır
  11 Oktyabr 2017    Oxunub:2579
Ermənistan parlamentində "hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklərlə bağlı müzakirələr davam edir.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müzakirələr zamanı hüquq müdafiəçisi Avetik İşxanyan Ermənistanın müdafiə nazirinə orduda ateistlərin zorla xristianlaşdırılmasına görə etiraz edib.
"Erməni kilsəsinə getməyən ateistləri dua etməyə, xaç suyuna çəkilməyə məcbur edirlər. Bu problem necə həll ediləcək? İnsanları inanclarına görə imtahan etməyin" - deyə hüquq müdafiəçisi nazirə irad bildirib.

Müdafiə naziri Vigen Sarqsyan orduda insan hüquqlarının pozulmasına münasibət bildirmək əvəzinə sualdan yayınıb. Erməni nazir ordu-kilsə münasibətlərinin möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti