Milli Məclis oktyabrın 20-də toplanacaq - Gündəlik

Milli Məclis oktyabrın 20-də toplanacaq - Gündəlik
  10 Oktyabr 2017    Oxunub:4850
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası oktyabrın 20-də keçiriləcək.
Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

MM rəsmisi bildirib ki, iclasın gündəliyinə 20 məsələ daxildir. İclasda Miqrasiya Məcəlləsi, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, İnzibati Prosessual Məcəllə, “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə - Hüquq Şurası haqqında”, "Mədəniyyət haqqında", “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklər, o cümlədən “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişiklər edilməsi haqqında” qanun layihəsi müzakirə ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti