MSK-ya heç bir şikayət daxil olmayıb

MSK-ya heç bir şikayət daxil olmayıb
  16 Sentyabr 2013    Oxunub:1053
9 oktyabr prezident seçkilərinə hazırlıqlarla bağlı MSK-ya hər hansı şikayət daxil olmayıb.
AzVision.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyanın sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, prezidentliyə namizədlərin sənədlərinin yoxlanılması üçün xüsusu təcrübəsi və səlahiyyəti olan ekspertlər tərəfindən aparılıb: “Sənədlərin yoxlanılmasında Ədilyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası və digər beynəlxalq və yerli qrumların nümayəndələri iştirak edib”.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qeyd edib ki, 9 oktyabr prezident seçkilərinə hazırlıqlarla bağlı MSK-ya hər hansı şikayət daxil olmasa da biz bununla da arxayınlaşmırıq. Bu günə qədər aprdığımız işi KİV-lər vasitəsi ilə ictimayyətə çatdırırıq. Həmçinin MSK tərəfindən maarifləndirmə tədbirləri də həyata keçirilir.

Sevinc İltifatqızı



Teqlər:





Xəbər lenti